ELM VƏ TEXNOLOGİYA


Geologiya və Geofizika İnstitutunda rusiyalı alimin məruzəsi dinlənilib

A+ A

Bakı, 13 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) neytron fizikasına dair elmi seminar keçirilib.

GGİ-dən AZƏRTAC-a bildiriblər ki, institut direktorunun elmi işlər üzrə müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) neytron fizikası laboratoriyasının rəhbəri, professor Valeri Şvetsovu tədbir iştirakçılarına təqdim edib. Bildirilib ki, Dubna şəhərində yerləşən BNTİ seminarın mövzusu üzrə tədqiqatlarda böyük təcrübəyə malikdir. Tədbirin keçirilməsinin məqsədi həmin təcrübəni GGİ alimləri ilə bölüşməkdir.

Sonra V.Şvetsov seminarın mövzusuna dair geniş məruzə ilə çıxış edib. Qonaq apardığı tədqiqatlar barədə ətraflı məlumat verib, nail olduğu nəticələri əyani təqdim edib. Vurğulanıb ki, BNTİ-də neytron fizikası üzrə geniş təcrübə və lazımi elmi-texniki baza mövcuddur. Rusiyalı alim bu sahədə əməkdaşlıq, kadr hazırlığı və təcrübə mübadiləsi imkanlarından da danışıb.

Sonra məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.