ELM VƏ TƏHSİL


Geologiya və Geofizika İnstitutunun əməkdaşı “İlin alimi” oldu

Bakı, 7 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun aparıcı elmi işçisi, yer elmləri üzrə fəlsəfə doktoru Haqverdi Haqverdiyev Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən keçirilən rəy sorğusuna əsasən “İlin alimi” ali media mükafatına layiq görülüb.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, bu mükafat alimə ulu öndər Heydər Əliyevin ideyalarının həyata keçirilməsi uğrunda fəaliyyəti, Vətənə və xalqa layiqli xidmətlərinə görə verilib.

Qeyd edək ki, H.Haqverdiyev geologiya-mineralogiya elmlərinin inkişafı üçün göstərdiyi xidmətlərinə görə “Avropa Nəşr Mətbuat Evi” tərəfindən “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” diplomu və qızıl medalı ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.