SİYASƏT


Georgi Konaşvili: Türkiyə xalqı ölkədə dövlət çevrilişi cəhdlərinə imkan verməyəcək

A+ A

Tbilisi, 18 iyul, AZƏRTAC

Türkiyə böyük və güclü dövlətdir. Gürcüstan ilə Türkiyə arasında çox yaxşı münasibətlər var. Ümumiyyətlə, Gürcüstan, Azərbaycan və Türkiyə bir çox sahələrdə səmərəli əməkdaşlıq edir, mühüm layihələr həyata keçirir. Münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ona görə də Türkiyədə baş verənlər bizi ciddi narahat edir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstandakı Qafqaz Evinin icraçı direktoru, politoloq Georgi Konaşvili deyib.

Politoloq qeyd edib ki, Türkiyənin tarixində hərbi çevrilişlər olub. Amma bu gün Türkiyə demokratik ənənələri olan, dünyada sözünü deyən güclü dövlətdir. Ola bilər ki, Türkiyənin güclü olması bəzi qüvvələri və dövlətləri qane etməsin və onlar bu ölkəni parçalamağa çalışsınlar. Lakin türk xalqı buna imkan verməyəcək. Necə ki, iki gün əvvəl hərbi çevrilişə, dövlətin güc yolu ilə dəyişdirilməsinə yox dedi. Bu da qonşu və dost ölkə olaraq bizi çox sevindirir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.