İQTİSADİYYAT


Georgi Kvirikaşvili: Azərbaycan və Gürcüstan regionun inkişafı ilə bağlı mühüm layihələr həyata keçirirlər

A+ A

Tbilisi, 28 oktyabr, AZƏRTAC

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Gürcüstana səfəri çərçivəsində bu ölkənin Baş naziri Georgi Kvirikaşvili ilə görüşüb.

Georgi Kvirikaşvili deyib ki, strateji tərəfdaş ölkələr olan Azərbaycan və Gürcüstan regionun inkişafı ilə bağlı mühüm layihələr həyata keçirirlər. Bu layihələr həm bizim iqtisadi inkişafımıza, həm də regional təhlükəsizliyə xidmət edir.

Baş nazir deyib: “Daha böyük işlər görmək və möhkəmlənmək üçün böyük potensialımız var. Biz nəzərdə tutduğumuz layihələri həyata keçirməklə daha böyük nəticələr əldə edə bilərik. İnanırıq ki, Azərbaycan ilə birgə səylərimiz nəticəsində qarşıya qoyduğumuz məqsədlərə çatacağıq”.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin çox uğurla inkişaf etdiyini bildirərək deyib: “Biz strateji tərəfdaşlarıq. Bütün sahələrdə əməkdaşlığımız uğurludur və yüksək nəticələr əldə etmişik. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri xalqlarımızın rifahının yaxşılaşmasına xidmət edir”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.