SİYASƏT


Georgi Kvirikaşvili: Gürcüstan hökuməti Azərbaycanın və Türkiyənin iştirakı ilə reallaşdırılan layihələrə böyük önəm verir

A+ A

Tbilisi, 26 noyabr, AZƏRTAC

Gürcüstan hökuməti Azərbaycan və Türkiyə ilə strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmlənməsində maraqlıdır. Biz Azərbaycan və Türkiyənin iştirakı ilə reallaşdırılan layihələrə böyük önəm veririk.

Bu sözləri Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili parlamentin noyabrın 26-da keçirilən iclasındakı çıxışı zamanı söyləyib.

Baş nazir deyib ki, Gürcüstan hökumətinin xarici siyasət kursu hamıya məlumdur. Biz bütün qonşularla mehriban dostluq şəraitində yaşamaq istəyirik. Azərbaycan və Türkiyə bizim strateji müttəfiqlərimizdir. Bu ölkələrlə münasibətlərin daha da möhkəmlənməsi, qlobal layihələrdə birgə iştirakımız bizim üçün xüsusi əhəmiyyət kəsb edir. İnanıram ki, biz Şərq-Qərb dəhlizini genişləndirəcəyik və bu yolla xalqlarımızın rifahını daha da yaxşılaşdıracağıq.

G.Kvirikaşvili ölkəsinin Avropaya inteqrasiyası, NATO ilə əməkdaşlığı məsələlərinə də aydınlıq gətirib. Bu iki beynəlxalq təşkilatla əməkdaşlığın genişləndirilməsinin Gürcüstanın xarici siyasətinin əsas prioritetlərindən olduğunu bildirib.

Qeyd edək ki, hazırda parlamentdə müzakirələr davam edir. Günün sonunadək parlament hökumətin yeni tərkibini və strateji fəaliyyət planını təsdiq etməlidir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.