ELM VƏ TƏHSİL
Georgiy Saqolov: Uğurlu iqtisadi islahatların əsasını keyfiyyətli işçi qüvvəsi təşkil edir
Bakı, 24 iyun, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində “Müasir dünyada yeni meyillər və aktual problemlər” mövzusunda konfrans keçirilib. Rusiya Təbii Elmlər və Beynəlxalq Menecment akademiyalarının həqiqi üzvü, Moskvada Beynəlxalq Universitetinin professoru Georgi Saqolov konfransda iştirak edib.
ADİU-dan AZƏRTAC-a bildirlib ki, konfransın moderatoru, ADİU-nun elm şöbəsinin müdiri, professor Zahid Məmmədov iştirakçılara qonaq haqqında, onun dünya iqtisadiyyatı, sosial biznes, sosial siyasət sahəsində yazdığı monoqrafiya və kitablar barədə məlumat verib.
ADİU-nun müəllimləri, elm xadimləri qarşısında çıxış edən G.Saqolov dünya iqtisadiyyatında baş verən proseslərə münasibətini bildirib. Rusiyalı professor müasir qlobal iqtisadi problemlərdən, onların yaranma səbəblərindən və həlli yollarından, sosial biznesin əhəmiyyətindən, inkişaf etdirilməsi qaydalarından danışıb. Bildirilib ki, uğurlu iqtisadi islahatların əsasını texnologiya, instutisional inkişaf, investisiya yatırımı, maliyyə mənbəyinin olması və keyfiyyətli işçi qüvvəsi təşkil edir.
Sonra G.Saqolov iştirakçıların suallarını cavablandırıb.