İDMAN
Gerd Müller alzeymer xəstəliyindən əziyyət çəkir
Bakı, 7 oktyabr, Elşad Qəzvini, AZƏRTAC
Əfsanəvi futbolçu, Almaniya yığmasının və “Bavariya” klubunun hücumçusu Gerd Müller alzeymer xəstəliyindən əziyyət çəkir.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, dahi futbolçunun xəstəliyi ilə bağlı məlumatı “Bavariya”nın rəhbərliyi də təsdiqləyib. Klubun icraçı direktoru Karl-Hayns Rummeniqqe bildirib ki, Herd Müller dünya futbolunun əfsanəsidir və onun Almaniya millisi, “Bavariya” qarşısında xidmətləri misilsizdir.
Noyabrın 3-də dahi futbolçunun 70 yaşı tamam olacaq. Lakin onun xəstəliyi ilə əlaqədar rəsmi yubiley mərasimi təşkil edilməyəcək. Hazırda o, həkimlərin nəzarəti altındadır.
Xatırladaq ki, Gerd Müller karyerası ərzində “Bavariya”da 13 kubok qazanıb. Futbolçu 585 oyunda 533 qola imza atıb. Millinin heyətində isə dünya və Avropa çempionu olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [20:12]
"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük
- 23.04.2024 [18:45]
Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb
- 23.04.2024 [18:02]
“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub
- 23.04.2024 [17:56]
Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]