Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Gəzdim Azərbaycanı: 7 dağın əhatəsindəki qədim Lahıc

Bakı, 14 avqust, Aygün Həsənova, Elşən Şahbalayev, AZƏRTAC

Orta əsr şəhər mədəniyyəti elementlərini bu gün də özündə yaşadan qədim Lahıc. İsmayıllı rayonu mərkəzindən 36 km məsafədə yerləşən Lahıc səfalı havası, yamyaşıl meşələri, qədim görünüşü, uca zirvələri, tarixi abidələri və tikililəri, sənətkarlıq nümunələri ilə bura gələn turistlərin sevimli məkanına çevrilib.

7 məscid, 7 bulaq, 7 məhəllə

Bazar meydanı Lahıcın giriş qapısıdır. Küçələrin dar olması səbəbindən qəsəbəyə avtomobil buraxılmır. Buranı ya atla, ya da piyada gəzməlisən. Qəsəbəni görmək istəyənlər avtomobillərini Bazar meydanının yaxınlığındakı ərazidə saxlaya bilərlər.

Bizə səfər boyu bələdçilik edən Lahıc Diyarşünaslıq Muzeyinin direktor müavini Maarif Əliyev deyir ki, yay aylarında hər gün Lahıca yüzlərlə turist gəlir. Elə biz də Lahıca gələr-gəlməz bunun şahidi olduq. Qəsəbənin girişində bir-birinin ardınca düzülmüş maşınlar hətta tıxac belə yaradırdı.

Lahıcın özəlliklərindən biri də burada yaradılan, inşa edilən tikililərin 7 rəqəmi ilə bağlı olmasıdır. Yəni tarixən burada 7 məscid, 7 bulaq, 7 məhəllə olub. Lahıc özü də Niyal adlanan 7 dağ silsiləsi ilə ovuc içi kimi əhatələnib.

Lahıc qəsəbəsində tatlar yaşayır. Etnik mənşəyinə görə əhali tat olsa da, özlərini lahıclı adlandırırlar.

Lahıc qədim sənətkarlıq mərkəzi kimi inkişaf edib. XVlll-XlX əsrlərdə qəsəbə mis qablar və silah istehsalının əsas mərkəzlərindən biri sayılırdı. Məmulatlar yüksək zövqlə və mürəkkəb naxışlarla bəzədilirdi. XlX əsrin ortalarında Lahıcda 200-dən artıq sənətkar emalatxanası fəaliyyət göstərirdi. Burada 127 peşə növü inkişaf etmişdi.

Əməkdar müəllim Hikmət Haqverdili deyir ki, Lahıc məktəbinin 120-dən çox yaşı var. Bu məktəbin məzunları tanınmış alimlər, ictimai xadimlərdi.

Lahıc folklor ansamblı

1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda məhəllə və məscidlər, qədim qala və tikililər, hətta qədim hesab olunan şəxsi mülklər belə bu gün də qayğı ilə qorunur. Burada hər məhəllədə, hər tində üzərində tikilmə tarixi həkk olunmuş, dövlət tərəfindən qorunduğu bildirilən yazı lövhələrinə rast gəlmək mümkündür.

Lahıclılar əsasən misgərlik, dəmirçilik, zərgərlik, xalçaçılıq və digər peşələrlə məşğuldurlar. Bura ilin hər fəslində qonaqlı-qaralı olur. Lahıca ölkəmizin hər yerindən olduğu kimi, İran, Rusiya, Yaponiya, İtaliya və İspaniyadan gələn turistlər də az deyil.

Lahıc folklorunun da öz yeri var. Neçə illərdir yaranan Lahıc folklor ansamblı ölkəmizin bir çox festivallarının iştirakçısıdır.

Ən qədim su və kanalizasiya sistemi

Möhtəşəm küçə və meydanları ilə bu orta əsrlər şəhəri Qafqazda və dünyanın bir çox ölkələrində sənətkarlıq mərkəzi kimi məşhur olub.

Uzun illәr yerli ustaların düzәltdiklәri qablar vә silahlar bütün Qafqazda vә Yaxın Şәrqdә çox hәvәslә alınıb. Lahıc bu gün dә çoxsaylı sәnәt ocağı kimi inkişaf edir vә yaşayır. Bu günə qədər onlarla emalatxanada dədə-baba sənətini davam etdirən ustalar heyran olmuş turistlərin gözü qarşısında məişətdə istifadə edilən müxtəlif əşyalar hazırlayırlar.

Lahıcın məşhur misgərlərindən olan Kəbləmi Əliyev 40 ildir bu sənətlə məşğul olduğunu bildirdi. Ata-babasından qalan bu sənəti göz bəbəyi kimi qoruduğunu bildirən sənətkar, həmçinin misgərliyi gələcək nəslə də öyrətdiyini dedi.

Tarixi mənbələrə görə, Lahıcın ilk məhəlləsinin əsası III-IV əsrlərdə qoyulub. Maraqlıdır ki, şəhərdə min beş yüzdən artıq yaşı olan su və kanalizasiya sistemi fəaliyyət göstərir. Maarif Əliyev deyir ki, mərkəzi küçənin altında 1 m dərinlikdə 2 km uzunluğu olan üçsəviyyəli kollektor çəkilib. İlk iki səviyyədə xətlərlə içməli su, kollektorun aşağı hissəsi - çay daşından düzülmüş düzbucaqlı novça hər bir evin həyətində olan dəliklərdən daxil olan çirkab sular üçün nəzərdə tutulub. Sakinlərdən heç kim kanalizasiyanın harada başlayıb harada qurtardığını, hansı prinsiplə işlədiyini bilmir, lakin bu, kollektorun uzun əsrlər boyu işləməsinə mane olmur.

Əvvəllər Lahıca yol olmayıb. Əhali bir vaxtlar bu dolanbac dağ yollarının əvəzinə kiçik cığırlarla qəsəbəyə çətinliklə gedib-gəlib. Atla saatlarla qət edilən məsafəni indi rahat bir neçə dəqiqəyə getmək mümkündür. Bu isə kəndə turist axınına səbəb olur.

Deyirlər yüz eşitməkdənsə bir dəfə görmək kifayətdir. Əgər siz də hər qayası, hər daşı belə bir tarix danışan qədim lahıcın mehriban, gülərüz insanları, bir-birindən gözəl sənətkarlıq nümunələri ilə tanış olmaq istəyirsinizsə yolunuzu mütləq buradan salın.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Çin kosmosa yeni astronavtlar göndərir

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub