CƏMİYYƏT


Gəzinti Alzheymer xəstəliyinin riskini azaldır

Bakı, 20 may, AZƏRTAC

ABŞ-ın Merilend İctimai Səhiyyə Məktəbinin alimləri apardıqları araşdırma nəticəsində hər dəfə 30 dəqiqə olmaqla həftədə dörd dəfə gəzintiyə çıxmağın yaşlı adamlarda neyron bağlılığını inkişaf etdirdiyi, əqli zəiflik və Alzheymer xəstəliyi riskini azaltdığı qənaətinə gəliblər. "Journal of Alzheimer's Disease" dərgisində nəşr edilən nəticələrə görə, tədqiqatçılar 60-88 yaş arasında olan otuz iki nəfər üzərində təcrübə aparıblar. Yarısı sağlam olan, yarısına isə yüngül qavrama zəifliyi diaqnozu qoyulan iştirakçılar üç ay ərzində həftədə dörd dəfə yarım saat gəzintiyə çıxıblar.

Araşdırma müəllifləri üç aydan sonra beynin qavrama qabiliyyətinin artması nəticəsində onların vərəqdə verilmiş sözləri daha yaxşı yadda saxladıqlarının şahidi olublar. Qavrama qabiliyyəti zəif olanlarda isə beyin şöbələri arasında əlaqənin inkişafı müşahidə edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.