İQTİSADİYYAT


“Gilan Holding” tikinti materialları qrupu laminat-parketin regionda yeganə istehsalçısıdır

A+ A

Bakı, 20 oktyabr, Elvin Camalov, AZƏRTAC

“Gilan Holding” tikinti materialları qrupu laminat-parketin regionda yeganə istehsalçısıdır

AZƏRTAC xəbər verir ki, “Xəzər İnşaat Həftəsi 2016” çərçivəsində keçirilən sərgilərdə iştirak edən “Gilan Holding” “Gilan tikinti materialları” qrupu ilə təmsil olunur.

35-ə yaxın müəssisənin daxil olduğu “Gilan tikinti materialları” qrupunun satış və marketinq müdiri Saleh Məmmədov, sərgidə iştirakçılara yeni innovativ texnologiyaların tətbiqi ilə yüksək keyfiyyətli tikinti materialları təqdim etdiklərini qeyd edib.

“Müəssisələrimizdə bir çox məhsul istehsal olunur, kafel-metlax, kafel-metlax yapışdırıcısı, qapılar, laminat-parket, beton qatqıları, asfalt və s. Bu gün yerli bazarın tələblərini təmin etməklə məqsədimiz xarici bazarlara çıxmaq və bu bazarlarda Azərbaycan məhsulunu təbliğ etməkdir”, - deyə S.Məmmədov vurğulayıb.

Yaxın Şərq, İran, Rusiya və MDB ölkələrindən müraciətlər olduğunu bildirən satış və marketinq müdiri həmin müraciətlərin əsasında təklif formalaşdırıb tətbiq edəcəklərini də əlavə edib: “Biz bir çox ölkələrə müəyyən məhsullarımızı artıq ixrac da etmişik. Laminat-parket, kafel-metlağı İrana, Qazaxıstan və Rusiyaya göndərmişik, bu yaxınlarda Gürcüstana məhsul ixrac etməyə hazırlaşırıq. Əsas məqsədimiz ölkəmizdə biznes üçün yaradılmış mühitdən istifadə edərək həm müəssisələrimizin sayını, həm də tikinti sektorunda tələb olunan digər məhsullarla da çeşid sayımızı artırmaqdır”.

Şirkətin bazardakı payından söz açan S.Məmmədov qeyd edib ki, bəzi məhsullar məsələn kafel-metlax bazarında pay 60 faizdir və laminat-parketin regionda yeganə istehsalçı isə “Gilan tikinti materialları” qrupudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.