İDMAN


Gimnastika tirində Marina Nekrasova gümüş, Yuliya İnşına isə bürünc medal qazanıb

Bakı, 15 may, AZƏRTAC

Milli Gimnastika Arenasında IV İslam Həmrəyliyi Oyunlarında qadın idman gimnastların fərdi yarışının final mərhələsində Azərbaycan təmsilçiləri iki medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, gimnastika tirində hərəkətlərdə Marina Nekrasova 12,600 xalla gümüş medala layiq görülüb. Yuliya İnşına isə 12,250 xalla bürünc medala sahib olub.

Bu yarışda birinci yeri 12,750 xalla türkiyəli Göksu Uçtaş Şanlı tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.