İQTİSADİYYAT
Giorgi Kvirikaşvili: TANAP, TAP və digər layihələr üçün heç bir təhlükə yoxdur
Tbilisi, 1 sentyabr, AZƏRTAC
“Cənub qaz dəhlizi” və onun tərkib hissələri olan Trans-Anadolu (TANAP) və Trans-Adriatik qaz boru kəməri (TAP) layihələri üçün heç bir təhlükə yoxdur.
Bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili deyib.
Baş nazir bildirib ki, Bakıya səfəri zamanı keçirdiyi görüşlərdə bu layihələrin icrası və digər məsələlər də diqqət mərkəzində olub.
G.Kvirikaşvili deyib: “Bütün layihələrin səmərəli olması üçün ilk növbədə təhlükəsizlik olmalıdır. Bu gün adları çəkilən layihələrin də təhlükəsizliyi təmin olunub”.
Baş nazir onu da əlavə edib ki, bu layihələrin icrasına artıq başlanılıb. Təbii qazın istehsalı, həcminin artırılması və daşınması, yeni infrastrukturun tikintisi və yaradılması ilə bağlı lazımi sənədlər imzalanıb və bütün məsələlər həllini tapıb.
“Ona görə də deyə bilərik ki, bu layihələr üçün heç bir təhlükə yoxdur”, - deyə Kvirikaşvili vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]