CƏMİYYƏT
“Global Citizen” təcrübə proqramında iştirak etmək üçün son müraciət vaxtına dörd gün qalıb
Bakı, 9 oktyabr, AZƏRTAC
Gənclərin “Global Citizen” təcrübə proqramından faydalanmaq üçün son müraciət vaxtına dörd gün qalıb.
Azərbaycan Beynəlxalq Gənclər Təşkilatından ( AIESEC ) AZƏRTAC-a bildiriblər ki, qəbul üçün müraciət tarixi sentyabrın 15-dən başlayıb. Təcrübə proqramına müraciət etmək üçün http://bit.ly/1NBqqCZ linkinə daxil olaraq müraciət formasını doldurmaq lazımdır. Proqram oktyabr-fevral ayları ərzində 6 həftə davam edəcək.
Bu proqram çərçivəsində AIESEC təşkilatı tələbələri layihə müddətində qalmaq üçün yer və qida ilə təmin edir. İkitərəfli uçuş bileti və viza xərcləri layihə iştirakçısı tərəfindən qarşılanacaq. “Global Citizen” təcrübə proqramının xidmət haqqı 200 AZN təşkil edir. Proqram iştirakçıları ödənişin 50 faizini müqavilə bağlanan zaman, digər 50 faizini isə xaricdə uyğun təcrübə proqramına qəbul olunduqdan sonra ödəyəcəklər.
Maraqlanan gənclər AIESEC təşkilatının beynəlxalq platforması olan internships.aiesec.org saytında qeydiyyatdan keçərək Bosniya və Herseqovina, Rumıniya, İndoneziya, Türkiyə və ya Polşa kimi ölkələrdə keçiriləcək “Global Citizen” təcrübə proqramları barədə ətraflı məlumat əldə edə bilərlər. Əlavə məlumat isə www.aiesec.az saytında yerləşdirilib.