MƏDƏNİYYƏT


“Global Village” Bakıda

A+ A

Bakı, 5 avqust, Ceyhun Alışlı, AZƏRTAC

Avqustun 8-də “AİESEC” Azərbaycan Beynəlxalq Gənclər Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən “Global Village” mədəniyyət festivalı iştirakçılara bir gün ərzində bütün dünyanı səyahət etmək şansı verəcək.

AZƏRTAC “AİESEC”-in “facebook”dakı səhifəsinə istinadla xəbər verir ki, layihə Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə reallaşacaq. Tədbirin qonaqları müxtəlif ölkələrin musiqisi, rəqsləri, incəsənət və adət-ənənələrindən zövq almaqla yanaşı, mədəni anlaşma, tolerant münasibət vasitəsilə dünyada birlik və harmoniya əldə edə bilmək kimi mövzulardan çıxış edəcəklər.

Tədbirdə, həmçinin dünyanın 30-dan çox ölkəsindən Azərbaycana dəvət olunmuş xarici könüllülər öz mədəniyyətlərini, adət-ənənələrini təqdim edəcək.

Bir sözlə, dünyanın müxtəlif ölkələrindən olan nümayəndələr dostluq abu-havasını yaratmaqla yanaşı, dünyanın necə rəngarəng və unikal olduğunu göstərmək üçün Bakıda bir araya gələcəklər.

Qeyd edək ki, festival “AİESEC” Azərbaycan Beynəlxalq Gənclər Təşkilatı tərəfindən 2011-ci ildən ənənəvi olaraq keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.