İDMAN


“Globe Soccer Awards” mükafatına namizədlərin adları açıqlanıb

A+ A

Bakı, 17 noyabr, AZƏRTAC

Avropa Klublar Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyasının (EPAA) birgə təsis etdiyi “Globe Soccer Awards” mükafatına namizədlərin adları açıqlanıb.

AZƏRTAC www.globesoccer.com  saytına istinadla xəbər verir ki, mükafat dörd nominasiya üzrə təqdim olunur.

İlin futbolçusu mükafatına portuqaliyalı Kriştiano Ronaldo (“Real”), argentinalılar Lionel Messi (“Barselona”) və Qonzalo İquain (“Yuventus”), uelsli Qaret Beyl (Real), fransalı Antuan Qrizmann (“Atletiko”), həmçinin ingiltərəli Ceymi Vardi (“Lester”) iddia edir.

2016-cı ilin ən yaxşı komandası adına İspaniya təmsilçiləri “Real” və “Sevilya”, “Molde” (İsveç), “Lester” (İngiltərə) və “Legiya” (Polşa) iddialıdır.

İlin məşqçisi nominasiyasında isə beş namizəd yer alıb. Bunlar Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş, Zinəddin Zidan (“Real”), Klaudio Ranyeri (“Lester”), həmçinin Unay Emeri (PSJ) və Massimiliano Alleqridir (“Yuventus”).

İlin ən yaxşı hakimi adına namizədlərin sırasına isə irlandiyalı Alireza Faqani, qambiyalı Bakari Qassama, argentinalı Nestor Pitana, salvadorlu Xoel Agilar və ingiltərəli Mark Klattenburq daxildir.

Qeyd edək ki, mükafatlandırma mərasimi dekabrın 27-28-də Dubayda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.