DÜNYA


“Goldman Sachs”: Çindən sərmayə çıxışları artıb

A+ A

Bakı, 22 iyul, Nihad Budaqov, AZƏRTAC

Dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs Group Inc.”in analizinə görə yuanın dəyər itirməsi Çindən sərmayə çıxışlarını artırıb.

AZƏRTAC xəbər verir ki, bank mayda Çindən 25 milyard dollar, iyunda isə 49 milyard dollar valyuta çıxışının olduğunu açıqlayıb. Yuan ötən ay dollar qarşısında 1,1 faiz və ticarət ağırlığı indeksi qarşısında isə 2,2 faiz dəyər itirib.

Çin səlahiyyətlilərin yuanın dəyər itirməsinə icazə vermələrindən sonra 2015-ci ildə və 2016-cı ilin əvvəlində ölkədən rekord səviyyədə sərmayə çıxışı yaşanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.