İQTİSADİYYAT
“Goldman Sachs”: Neftin qiyməti 20 dollardan da aşağı düşə bilər
Bakı, 9 fevral, Nihad Budaqov, AZƏRTAC
Dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” neftin bir barrelinin 20 dollardan da aşağı düşə biləcəyinə səbəb olacaq qiymət dəyişkənliyinin davam edəcəyi qənaətindədir.
AZƏRTAC “bloomberght.com”a istinadla xəbər verir ki, “Goldman Sachs”ın əmtəə araşdırma müdiri Jeff Currie xam neft saxlama tutumlarının bəzi yerlərdə tükənməkdə olduğunu deyib: “Qiymətlər saxlamaq mümkün olan neftin istehsalını dayandıracaq tərzdə ucuzlaşa bilər. Təklif və tələb tarazlığının pozulması neftin qiymətinin 20 dollar/barreldən də aşağı düşməsinə səbəb olacaq”.
Qeyd edək ki, OPEC üzrə artan hasilat və ABŞ-da şist nefti istehsalının qlobal təklif çoxluğuna təsiri fonunda yanvarın 20-də neftin qiyməti 26 dollar/barrelədək ucuzlaşaraq son 12 ilin ən aşağı səviyyəsinə enmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]