İQTİSADİYYAT
“Goldman Sachs” neftin qiyməti ilə bağlı proqnozunu dəyişib
Bakı, 30 may, Nihad Budaqov, AZƏRTAC
Dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” 2017-ci il üzrə neftin orta qiyməti ilə bağlı proqnozunu aşağı salıb.
AZƏRTAC istinadla xəbər verir ki, “Goldman Sachs” “Layt” və “Brent” markalı xam neftin 2017-ci il üzrə qiymət proqnozunu aşağı salıb, 2018-ci il üzrə proqnozunu isə dəyişməyib. Bank “Layt”ın bu il üzrə orta qiymətini 54,80 dolar/barrel səviyyəsindən 52,92 dolar/barrelə endirib. “Goldman Sachs” “Brent” nefti üçün qiymət proqnozunu isə 56,76 dolar/barreldə 55,39 dolar/barrelə salıb.
Bank “Layt” neftinin 2018-2020-ci illər üzrə orta qiymətinin isə 50 dolar/barrel olacağını nəzərdə tutur.
“Goldman Sachs” şist qazı istehsalında məhsuldarlıq üzrə artımın 2020-ci ilin sonuna qədər 3-10 faiz olmaqda davam edəcəyini proqnozlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]