İQTİSADİYYAT


Gömrük Komitəsi Avropa İttifaqının dəstəyi ilə Gürcüstanla sərhəddə logistika mərkəzi tikəcək VİDEO

Bakı, 14 iyun, Elvin Camalov, AZƏRTAC

Dövlət Gömrük Komitəsi Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə Gürcüstanla sərhəddə - "Sınıq Körpü" gömrük-keçid məntəqəsində logistika mərkəzi tikəcək.

Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev AZƏRTAC-ın sualını cavablandıraraq deyib.

O bildirib ki, Aİ-nın dəstəyi ilə "Sınıq Körpü" gömrük-keçid məntəqəsində müəyyən dəyişikliklər olacaq. Gürcüstan tərəfdə sırf Aİ-nin dəstəyi ilə müxtəlif laboratoriyalar tikilərək fəaliyyət göstərəcək

A.Əliyev qeyd edib ki, Azərbaycan tərəfdə görüləcək işlər böyükhəcmli olduğu üçün kifayət qədər vəsait tələb olunur. Azərbaycan Aİ-nin maliyyə yardımı ilə "Sınıq Körpü" gömrük-keçid məntəqəsində logistika mərkəzi tikəcək. Bunun üçün müəyyən işlərin görülməsinə başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.