İQTİSADİYYAT


Gömrük Komitəsi ötən ay dövlət büdcəsinə 217 milyon manata yaxın vəsait köçürüb

Bakı, 6 iyun, AZƏRTAC

Bu ilin may ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 216 milyon 809,92 min manat təşkil edib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2016-cı ilin eyni dövrü ilə müqayisədə daxilolmalar 10 milyon 536,87 min manat və ya 5,11 faiz artıb. Bu ilin aprel ayı ilə müqayisədə isə DGK xətti ilə mayda dövlət büdcəsinə köçürülən məbləğ 29 milyon 795,33 min manat və ya 15,93 faiz çoxdur.

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 57 milyon 811 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 149 milyon 911,45 min manat, aksizlər üzrə 6 milyon 248,49 min manat, yol vergisi üzrə isə 2 milyon 838,98 min manat təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.