CƏMİYYƏT
Gömrük baxışı zamanı 144 ədəd araq aşkarlanaraq götürülüb
Bakı, 10 avqust, AZƏRTAC
Gömrük baxışı zamanı ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən 144 ədəd araq aşkarlanaraq götürülüb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Gəncə Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsi Qazax-Gəncə yolunda saxlanılıb və həmin nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Baxış zamanı, nəqliyyat vasitəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən 144 ədəd 1 litrlik "Nemiroff" adlı araqlar aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]
DİN: Yeddi evdən 5800 manat dəyərində avadanlıq oğurlayan şəxs tutulub
® ABB-nin ATM-lərində yenilik!
- [12:40]
Goranboyda zəlzələ olub
- [10:42]
Düzgün nəfəs almaq ömrü uzadır
- [06:44]