İQTİSADİYYAT


Gömrük, əmək, miqrasiya və sosial müdafiə ödənişləri sahəsində sorğu aparılır

A+ A

Bakı, 4 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisinin Xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycanda aparılan davamlı iqtisadi islahatlara dair ictimai rəyi və yeni islahat təklifləri ilə bağlı fikirləri öyrənmək üçün on-line qaydada sorğu keçirir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, islahatların inklüzivliyini, əhatəliliyini və səmərəliliyini daha da artırmaq məqsədilə keçirilən sorğuda Azərbaycan Respublikasının gömrük qanunvericiliyində və inzibatçılığında, əmək və miqrasiya qanunvericiliklərində və sosial müdafiə ödənişləri sistemində hansı dəyişikliklərin edilməsinə dair suallar verilir.

Mülkiyyət növündən və təşkilatı-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslər, fərdi sahibkarlar və vətəndaşlar sorğuda fəal iştirak etməyə dəvət edilir. Təklifləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin internet saytında aşağıdakı link vasitəsilə çatdırmaq mümkündür: http://iqtisadiislahat.org/online-application 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.