CƏMİYYƏT


Gömrük nəzarətindən gizlədilən 10 mindən çox siqaret aşkar edilib

A+ A

Bakı, 27 oktyabr, AZƏRTAC

Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yoxlama zamanı avtomobilin arxa oturacağının altından və ön qanadaltı örtüklərindən gömrük nəzarətindən gizlədilən 10 min 600 ədəd “NZ Gold Compact” markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.