CƏMİYYƏT


Gömrük nəzarətindən gizlədilən 12 mindən çox siqaret aşkar olunaraq götürülüb

Bakı, 26 dekabr, AZƏRTAC

Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes Benz Vito” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, keçirilən gömrük baxışı zamanı avtomaşının cihazlar lövhəsinin altından gömrük nəzarətindən gizlədilmiş 12 min 500 ədəd “NZ Gold Compact” markalı siqaret aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.