CƏMİYYƏT


Gömrük nəzarətindən gizlədilən 15 mobil telefon aşkarlanıb

Bakı, 31 may, AZƏRTAC

Gömrük nəzarətindən gizlədilən mobil telefonların ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn vətəndaşa məxsus “Mersedes Benz C230” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin yanacaq çəninin içərisində xüsusi düzəldilən gizli saxlanc yerində 15 ədəd “Samsung J1 Prime” markalı mobil telefon və mobil telefonlar üçün aksessuarlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.