CƏMİYYƏT


Gömrük nəzarətindən gizlədilən 24 min 800 ədəd siqaret aşkar edilib

A+ A

Bakı, 8 oktyabr, AZƏRTAC

Gömrük nəzarətindən gizlədilən 24 min 800 ədəd siqaret aşkar edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən “Xanoba” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Yoxlama zamanı avtomobilin arxa yük yerindən və salonundan gömrük nəzarətindən gizlədilən 24 min 800 ədəd siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.