CƏMİYYƏT


Gömrük nəzarətindən gizlədilən 24 min ədədə yaxın siqaret aşkarlanıb

Bakı, 9 dekabr, AZƏRTAC

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına birlikdə piyada gələn 3 Azərbaycan vətəndaşının özləri ilə gətirdikləri beş ədəd bağlamadan ibarət yükünə sərnişin keçid xəttində “Heimann X-Ray” rentgen yükyoxlama qurğusunda baxış keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, baxış zamanı beş ədəd bağlamada olan 20 ədəd güldanın içərisindən gömrük nəzarətindən gizlədilən, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, 23 min 800 ədəd “Manchester” markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.