CƏMİYYƏT
Gömrük nəzarətindən gizlədilən 30 ədəd mobil telefon aşkar edilib
Bakı, 21 oktyabr, AZƏRTAC
Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən “Xanoba” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes Benz” markalı avtomobilə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitəsinin arxa buferinin altındakı boşluqdan gömrük nəzarətindən gizlədilən, 19 ədəd “Samsung Galaxy J1 mini”, 5 ədəd “Samsung Galaxy J1” və 6 ədəd “Samsung Galaxy J3” markalı telefonlar, avtomobilin ön sağ təkərindən isə 30 ədəd “Samsung” markalı adapterlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.