CƏMİYYƏT


Gömrük nəzarətindən gizlədilən külli miqdarda siqaret aşkar edilib

A+ A

Bakı, 5 sentyabr, AZƏRTAC

Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunda Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, baxış zamanı həmin nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş şəkildə 1000 ədəd "Marlboro" və 13 min 200 ədəd "NZ" markalı siqaretlər aşkar edilib.

"Xanoba" gömrük postunda Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn digər Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış nəticəsində isə həmin avtomobildən 2 min ədəd "NZ" markalı siqaret aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.