CƏMİYYƏT


Gömrük nəzarətindən gizlədilən mobil telefonlar və siqaret aşkar edilib

Bakı, 15 oktyabr, AZƏRTAC

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yoxlama zamanı Rusiya Federasiyası istiqamətindən İdarənin “Xanoba” gömrük postunun ərazisinə daxil olan avtomobildən gömrük nəzarətindən gizlədilmiş 9 ədəd “Samsung GalaxY Prim” markalı mobil telefon, 20 ədəd boş mobil telefon qutusu və 6800 ədəd xarici markalı siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.