CƏMİYYƏT


Gömrük nəzarətindən gizlədilmiş “Metadone” adlı dərman preparatı aşkar edilib

A+ A

Bakı, 10 noyabr, AZƏRTAC

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yoxlama zamanı vətəndaşın paltosunun cibindəki konfet qutusunda, konfetlərin arasında, gömrük nəzarətindən gizlədilmiş 38 ədəd həb şəklində olan “Metadone” adlı dərman preparatı aşkar edilib.

Bundan başqa, həmin şəxsin mədəsində 3 ədəd bükümdə, xalis çəkisi 5,36 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Xatırladaq ki, metadon adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və 38 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 1,52 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.