CƏMİYYƏT


Gömrük nəzarətinə bəyan edilməyən məişət texnikasının gətirilməsi cəhdinin qarşısı alınıb

A+ A

Bakı, 26 noyabr, AZƏRTAC

Şirvan Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, Çin Xalq Respublikasından ölkəmizə gətirilən yüklərə baxış keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, neft sahələrində yer və tunel qazan avadanlıq hissələri kimi bəyan edilən həmin yüklərə baxış zamanı bəyan edilməyən və yük müşayiətedici sənədlərdə əksini tapmayan xeyli sayda məişət texnikası - 4 ədəd böyük ölçülü LED televizorlar, 10 ədəd split kondisionerlər, sensorlu müasir çaydan dəstləri, sensorlu mətbəx qazanları, 2 ədəd soyuducu tipli dezinfeksiya aparatı, 20 ədəd ipək yataq dəsti və digər çoxsaylı mallar aşkar edilib. Aşkara çıxarılan mallar konteynerin arxa tərəfindəki metal avadanlıqların alt hissəsində, xüsusi hazırlanmış taxta yeşiklərdə olub.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.