CƏMİYYƏT


Gömrük orqanına bəyan edilməyən telefonlar aşkar edilib

Bakı, 19 aprel, AZƏRTAC

Gömrük orqanına bəyan edilməyən telefonlar aşkar edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes Benz” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsindəki sərnişinin çantasından gömrük orqanına bəyan edilməyən 3 ədəd “Samsung Galaxy J1”, 4 ədəd “Samsung Galaxy J1 mini Prime”, 9 ədəd “Samsung Galaxy J1 Ace”, 5 ədəd “Samsung Galaxy J2”, 2 ədəd “Samsung Galaxy J3” markalı, ümumilikdə 23 ədəd mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.