CƏMİYYƏT
Gömrük orqanına bəyan olunmayan külli miqdarda rus rublu aşkar olunaraq götürülüb
Bakı, 6 oktyabr, AZƏRTAC
Gömrük orqanına bəyan olunmayan külli miqdarda rus rublu aşkar edilərək götürülüb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun piyada keçid xəttindən istifadə etməklə Rusiya Federasiyasına səyahət edən Azərbaycan Respublikası vətəndaşının əl yükünə rentgen cihazı vasitəsilə baxış keçirilib. Yoxlama zamanı 2 ədəd polietilen bağlamadan əvvəlcədən gömrük orqanına bəyan olunmayan 225 ədəd 5000-lik, 615 ədəd 1000-lik və 520 ədəd 500-lük əsginazlar olmaqla ümumilikdə 2 milyon rus rublu aşkar edilərək götürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]