CƏMİYYƏT


Gömrükçülər 20 min 500 dolların Azərbaycandan çıxarılmasının qarşısını alıblar

A+ A

Bakı, 18 iyul, AZƏRTAC

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" Gömrük Postunda Azərbaycandan İrana yüksüz gedən İran İslam Respublikası vətəndaşının idarə etdiyi yük avtomobilinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin kabinindən, sürücü oturacağının üst istiqamətində kabinin tavanına bitişik olan, zavod konstruksiyasında əşyaların saxlancı üçün nəzərdə tutulmuş qutunun içərisindən gömrük nəzarətinə bəyan olunmayan 20 500,0 ABŞ dolları aşkarlanaraq götürülüb.

Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.