CƏMİYYƏT


Gömrükçülər 48,41 qram heroinin ölkəyə gətirilməsinin qarşısını alıblar

A+ A

Bakı, 12 iyul, AZƏRTAC

Astara Gömrük Sərnişin Şöbəsində İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan vətəndaşı saxlanılıb və onun üzərində qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı onun daxili orqanından xalis çəkisi 48,41 qram təşkil edən narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əməliyyat Astara sərhəd nəzarət məntəqəsinin əməkdaşları ilə birgə keçirilib. Faktla bağlı təhqiqat aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.