CƏMİYYƏT


Gömrükçülər “Tramadol” və marixuananın ölkəyə gətirilməsi cəhdinin qarşısını alıblar

A+ A

Bakı, 3 avqust, AZƏRTAC

Gömrükçülər “Tramadol” və marixuananın ölkəyə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsi mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, İran İslam Respublikasından ölkəmizə piyada yolla gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı vətəndaşa məxsus əl yüklərinin içərisində 600 ədəd həb şəklində “Tramadol” adlı güclü təsir edən maddə aşkar olunub.

Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunun piyada xəttinə isə Gürcüstan Respublikasına getmək üçün daxil olan Azərbaycan vətəndaşına məxsus siqaret qutusundan bir ədəd bükümdə, 2 qram narkotik vasitə olan - marixuana aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.