CƏMİYYƏT


Gömrükçülər aksiz markası ilə markalanmayan xeyli miqdarda siqaret aşkar ediblər

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları aksiz markası ilə markalanmayan xeyli miqdarda siqaret aşkar ediblər.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, “Tofaş” markalı minik avtomobilində aksiz markası ilə markalanmayan külli miqdarda tütün məmulatının olduğu və satış məqsədilə saxlandığı bildirilib. Əməliyyat tədbiri nəticəsində “Tofaş” markalı minik avtomobili Biləsuvar rayonunun İmişli rayonuna tərəf çıxışında saxlanılıb və baxış keçirilib. Baxış zamanı həmin avtomobilin yük yerində cəmi 63 min ədəd “Manchester”, “D&J”, “Bıstoon”, “Mılano” və “MM” markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.