CƏMİYYƏT


Gömrükçülər aksiz markası olmayan külli miqdarda siqaret aşkarlayıb

A+ A

Bakı, 30 avqust, AZƏRTAC

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, Naxçıvan-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı saxlanılaraq onun əl yükünə baxış keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, malların yoxlanılması zamanı vətəndaşa məxsus dörd ədəd sellofan paketdən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 10 min ədəd "Kent Nanotek" və 4000 ədəd "Marlboro Edge" markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.