CƏMİYYƏT
Gömrükçülər avtomobilin kabinəsində 14 min ədəd siqaret aşkar edib
Bakı, 21 sentyabr, AZƏRTAC
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda Naxçıvan Muxtar Respublikasından İran İslam Respublikası ərazisindən tranzit keçməklə Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi yük avtomobilinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Mersedes Benz Axor” markalı həmin avtomobilə baxış zamanı kabinənin yataq yerindəki döşəyin altından və kabinənin arxa hissəsindəki hava filtrinin borusunun içərisindən cəmi 14 min ədəd “Kentnanotek 2.0” markalı siqaret aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]