CƏMİYYƏT


Gömrükçülər çoxlu sayda qol saatlarının qanunsuz olaraq ölkəyə gətirilməsi cəhdinin qarşısını alıb

Bakı, 19 yanvar, AZƏRTAC

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları böyük sayda müxtəlif markalı qol saatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların qanunsuz yolla ölkə ərazisinə satış məqsədilə gətirilməsi barədə məlumat daxil olub.

Həmin əməliyyat məlumatı əsasında, Heydər Əliyev Beynəlxalq Aeroportunda İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı nəzarətə götürülüb. Vətəndaş əl baqajı ilə birlikdə gömrük nəzarəti zonasından “yaşıl dəhliz” vasitəsilə çıxmaq istəyərkən saxlanılıb. Şifahi sorğu-sual zamanı həmin şəxs üzərində və əl baqajında mütləq bəyan ediləsi malların olmadığını bildirib.

Lakin vətəndaşa məxsus malların yoxlanılması zamanı gömrük nəzarətinə təqdim edilməyən, kağız üzərində yazılı, şifahi və ya elektron formada bəyan olunmayan, cəmi 403 ədəd müxtəlif markalı qol saatları aşkar olunub.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən 403 ədəd müxtəlif markalı qol saatlarının kontrafakt məhsullar olduğu aydınlaşıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.