CƏMİYYƏT


Gömrükçülər gömrük nəzarətinə bəyan edilməyən siqaretlər aşkarlayıb

A+ A

Bakı, 23 noyabr, AZƏRTAC

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan “NAZ Lifan” markalı minik avtomobilinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yoxlama zamanı Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi avtomobilin yük yerindən və salonundan gömrük nəzarətinə bəyan edilməyən, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan 5520 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.