CƏMİYYƏT


Gömrükçülər külli miqdarda aksiz markası olmayan siqaret aşkar ediblər

A+ A

Bakı, 22 sentyabr, AZƏRTAC

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə aksiz markası ilə markalanmalı olan məhsulları belə marka olmadan satma və satış məqsədilə saxlama barədə əməliyyat məlumatı daxil olub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumata əsasən, “HYUNDAİ SONATA” markalı minik avtomobilində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda tütün məmulatının olduğu və həmin avtomobilin tütün məmulatını Salyan rayonunun Şorsulu kəndində satmaq məqsədilə Biləsuvar şəhərindən Salyan rayonu istiqamətində hərəkət edəcəyi bildirilib.

Əməliyyat tədbiri nəticəsində “HYUNDAİ SONATA” markalı minik avtomobili saxlanılıb və baxış keçirilib. Baxış zamanı həmin avtomobilin yük yerində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan cəmi 32 min 600 ədəd “Megan”, “Manchester”, “Amore”, “M1” və “Monus” markalı siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.