CƏMİYYƏT


Gömrükçülər külli miqdarda narkotik vasitə aşkar ediblər

A+ A

Bakı, 21 iyul, AZƏRTAC

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük Hüquqpozmalarına qarşı Mübarizə Şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Tehran-Bakı-Tbilisi aviareysi ilə tranzit qaydada gələn, sonradan isə Tbilisi-İstanbul-Frankfurt aviareysi ilə Almaniyaya getmək istəyən 2 nəfər İran İslam Respublikası vətəndaşı gömrükçülər tərəfindən saxlanılıb. Müvafiq qanunvericiliyə uyğun olaraq onlardan birinə məxsus baqaja gömrük yoxlaması keçirilib.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildiriblər ki, yoxlama zamanı çamadanın içərisində olan şəxsi əşyaların arasındakı polietilen paketdən birində 1135, digərində 1150 millilitr qəhvəyi rəngli xüsusiyyətə malik şüşə şəklində maddə olan 2 ədəd plastik qablar aşkar olunaraq protokol əsasında götürülüb.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin fiziki-kimyəvi və bioloji ekspertizasının nəticələrinə görə, 2 ədəd 1 litrlik plastik qablardakı ümumi çəkisi 2000 millilitr həcmində tünd qəhvəyi rəngli, spesifik tiryəkiyli, qatılaşmış maye-tiryək məhluludur və həmin məhlulda tiryəkin quru maddəsinin ümumi miqdarı 1161,6 qram (1 kiloqram 161.6 qram) təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.