CƏMİYYƏT


Gömrükçülər külli miqdarda siqareti müsadirə edib

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə aksiz markası ilə markalanmalı olan məhsulların belə marka olmadan əldə edilməsi, idxal edilməsi və satış məqsədilə daşınması barədə əməliyyat məlumatı daxil olub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin məlumat əsasında, Biləsuvar şəhəri ərazisində “VAZ 2107” markalı minik avtomobili saxlanılıb və baxış keçirilib. Baxış zamanı minik avtomobilinin yük yerində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan müxtəlif markalı cəmi 9600 ədəd siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.