CƏMİYYƏT


Gömrükçülər mobil telefonların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıb

Bakı, 5 yanvar, AZƏRTAC

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları 21 ədəd mobil telefonun qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı nəzarət zonasını “Yaşıl kanal”la keçmək istəyərkən hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb.

İlkin yoxlama zamanı həmin şəxs üzərindəki 3 ədəd “Samsung Galaxy J5” markalı mobil telefonu şalvarının arxa ciblərindən çıxararaq gömrük nəzarətinə təqdim edib. Sonra isə vətəndaş şəxsi yoxlamaya dəvət olunub. Bu zaman sözügedən şəxs gödəkçəsinin iç ciblərindən və gödəkçəsinin aşağı hissəsindən 17 ədəd “Samsung Galaxy J5” markalı mobil telefonu da çıxararaq təqdim edib.

Daha sonra vətəndaşın əl çantasının yoxlanılması zamanı oradan da 1ədəd “Iphone 7 Plus 128 GB” markalı mobil telefon aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.