CƏMİYYƏT


Gömrükçülər narkotik vasitə və psixotrop maddənin ölkəyə gətirilməsi cəhdinin qarşını alıb

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı gömrük nəzarəti zamanı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yoxlama nəticəsində vətəndaşın əl çantasında 46 həb metadon, daxili orqanında (düz bağırsağında) isə iki ədəd bükümdə, xalis çəkisi 4,967 qram olan metamfetamin aşkar edilib.

Xatırladaq ki, metadon adlı həb “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və aşkar olunan 46 həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,92 qram təşkil edir.

Metamfetamin isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.