CƏMİYYƏT


Gömrükçülər ölkəyə qanunsuz gətirilən 85 min 400 ədəd siqaret aşkarlayıblar

A+ A

Bakı, 7 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilən xeyli miqdarda müxtəlif markalı siqaretlər aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə “VAZ-21013” markalı minik avtomobilində aksiz markasız tütün məmulatının olduğu barədə əməliyyat məlumatı daxil olub. Həmin avtomobil Masallı şəhərindən Cəlilabad istiqamətində hərəkətdə olarkən saxlanılıb. Baxış zamanı avtomobilin yük yerində ümumilikdə 85 min 400 ədəd “Manchester”, “Golden Gate” və “D&J” markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.