CƏMİYYƏT


Gömrükçülər psixotrop maddənin ölkəyə gətirilməsi cəhdinin qarşını alıb

A+ A

Bakı, 20 oktyabr, AZƏRTAC

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yoxlama zamanı vətəndaşın alt geyimindən bir ədəd bükümdə, buprenorfin adlı 11 həb aşkar edilərək götürülüb.

Xatırladaq ki, buprenorfin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr”in II Siyahısına daxildir və aşkar edilən 11 həbdə buprenorfinin təsiredici maddəsinin ümumi miqdarı 0,022qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.