CƏMİYYƏT


Gömrükçülər qanunsuz yolla ölkəyə gətirilən pirotexniki məmulatlar aşkarlayıb

A+ A

Bakı, 26 dekabr, AZƏRTAC

Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsi və Yevlax Gömrük İdarəsinin gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən birgə əməliyyat tədbirləri həyata keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, daxil olan əməliyyat məlumatı əsasında baş tutan tədbir zamanı Mingəçevir şəhəri ərazisində gömrük qaydaları pozulmaqla gətirilmiş pirotexniki vasitələrin satışı ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşından 2836 ədəd müxtəlif formalı pirotexniki məmulatlar aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.